FutbolIdman

Televiziya yayımı ilə bağlı işgüzar səfər

UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələri Bakıda televiziya yayımı ilə bağlı işgüzar səfərdə olub.

Səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40 nəfərə yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olub, fikir mübadiləsi aparıblar.

Frame.az

Ülviyyə

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!