EventsMədəniyyətOxu zalıTəqdimatƏn Son

Beynəlxalq Muğam Mərkəzi “Qarmonun əfsanəsi” kitabını təqdim edəcək

Beynəlxalq Muğam Mərkəzi “Qarmonun əfsanəsi” kitabını təqdim edəcək

May ayının 22-də saat 18:00-da Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində çap etdiyi əfsanəvi qarmon ifaçısı Əhəd Əliyevə (Kor Əhəd) həsr olunmuş “Qarmonun əfsanəsi” kitabının təqdimat mərasimini keçirəcək. Kitabın müəllifləri Gülhüseyn Kazımlı və Aleksandriya Sevinc Sultanzadə – fon Brüseldorffdur.

Qeyd edək ki, 2018-ci ildə  Beynəlxalq Muğam Mərkəzində görkəmli qarmon ifaçısı Əhəd Əliyevin-Kor Əhədin 125 illik yubileyi təntənə ilə qeyd olunub. “Qarmonun əfsanəsi” adlı kitab da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Təhsil” Nəşriyyat-poliqrafiya MMC tərəfindən nəfis tərtibatda çap edilmişdir.

Azərbaycanda qarmon musiqi alətinin inkişafı və təşəkkülündə unudulmaz ifaçının böyük əməyi olmuşdur. Məhz onun sayəsində qarmon əsl Azərbaycan musiqi alətinə çevrilmiş və 1932-ci ildə Əhəd Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanda ilk dəfə  “Şərq qarmonçalanları” ansamblı yaradılmışdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!