Site icon Frame.az

“Tullantıdan Sənətə”

V “Tullantıdan Sənətə” sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da “İçərişəhər”in Qoşa qala qapısı qarşısından “Qala” qoruğuna avtobus yola düşəcək.

Qeyd edək ki, oktyabrın 2-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.

Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur.

Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə keçirilir.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”.

Frame.az

Exit mobile version