Tuqay meşələrinin bərpası ilə bağlı işlər görülür

Tuqay meşələri təkcə Kür çayı ətrafında deyil, Araz, Alazan, Qabırrı, Ağrıçay vadilərində də mövcuddur. Həmin meşələrin bərpası ilə bağlı çox ciddi işlər görülməkdədir.

Bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.

Kürqırağı Tuqay meşələrinin xüsusi əhəmiyyətə malik olduğunu bildirən V.Fərzəliyev onların bərpası ilə bağlı ilkin layihələrin hazırlandığını, həmin layihələrin həyata keçirilməsi üçün müxtəlif qurumlarla danışıqlar aparıldığını qeyd edib: “Aerokosmik görüntülərlə Tuqay meşələrinin otuz il bundan əvvəlki vəziyyətini, dinamikasını araşdırır, sahəsinin azalma tendensiyasını öyrənirik. Tuqay meşələrinin sahəsinin azalmasının bir səbəbi də qrunt sularının səviyyəsinin enməsidir. Çay vadilərində qrunt sularının səviyyəsinin enməsi nəticəsində həmin meşələrdə getdikcə azalma müşahidə olunur. Ümid edirəm ki, yaxın illərdə Tuqay meşələrinin bərpası ilə əlaqədar çox ciddi işlər görüləcək”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: