Covid-19TurizmTəqdimat

Turizm könüllüləri istirahət kompleksləri və hotellərin fəaliyyətinə dəstək göstərirlər

“Turizm Könüllüləri” İctimai Birliyinin üzvləri 2021-ci ilin 30 dekabrından etibarən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində, həmçinin “Tufandağ”, “Qafqaz Resort”, “Qafqaz Riverside” hotellərində hərəkətin idarə edilməsi işində iştirak edirlər.

Turizm könüllüləri 5 yanvaradək qonaqların COVID-19 pasportlarının yoxlanılması prosesinə dəstək göstərəcək, eləcə də sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edəcəklər.

Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı, həmçinin qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilir.

Xatırladaq ki, “Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların istirahətini asanalaşdırmaq məqsədilə COVID-19 pasportlarının yoxlanılması işi yaradılan vahid yoxlama məntəqəsində həyata keçirilir. Qonaqların yoxlamadan yalnız 1 dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz şəkildə girişi təmin olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!