“Türk Hava Yolları” Aqabaya birbaşa uçuşlara başlayıb
Aqaba “Türk Hava Yolları” aviaşirkətinin İordaniya üzrə uçuşlar həyata keçirdiyi ikinci şəhər oldu (paytaxt Əmmandan sonra). Bununla da aviaşirkətin uçduğu istiqamətlərin sayı 303-ə çatıb.
Aqabaya reyslər həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Aqabaya və əks istiqamətə biletin minimal qiyməti 404 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.
\Bundan başqa, “Miles & Smiles” proqramın iştirakçıları üçün xüsusi təklif fəaliyyət göstərir – 25% az mil sərf edərək mükafat bileti və ya daha yüksək dərəcəli biletlər əldə etmək imkanı. Təklif Türkiyədən və Aqabadan reyslərə şamil olunur, bir şərtlə ki, onlar müvafiq olaraq 2018-ci il iyunun 11-dək və 2018-ci il iyunun 12-dək həyata keçiriləcək*.
“Türk Hava Yolları”nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.
“Türk Hava Yolları” bu baxımdan dəyişiklik etmək hüququnu özündə saxlayır.
Frame.az