“Türk Hava Yolları” aviaşirkətiİstanbulun yeni havalimanından Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərinə birbaşauçuşlara start verir və Bakıdan sözügedən istiqamətə (İstanbul üzərindən) endirimli qiymətlə bilet təklif edir.
Noyabrın 8-də açılacaq Bakı-İstanbul-Kipr istiqaməti üzrə aviabiletlərin onlayn satış zamanı qiyməti 129 avro (təxminən 258 AZN) təşkil edir.Bakıdan İstanbul üzərindən Nikosiyaya uçuşlar hər gün saat 14:10-da (çatma vaxtı – 18:05), əks istiqamətdə isə saat 05:35-də (çatma vaxtı – 13:15) həyata keçiriləcək. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.
Qeyd edək ki,endirimli qiymətlə alınan biletlə səyahəti bu ilin dekabrın 29-dək etmək mümkündür.
Frame.az