Site icon Frame.az

Türk Hava Yolları: yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Turkish Airlines Boeing 777-300ER photographed on 6 April 2015 from Wolfe Air Aviation Learjet 25B by Chad Slattery.

“Türk Hava Yolları” aviaşirkəti bu ilin oktyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi  83,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Bu ilin oktyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda daşınan sərnişinlərin ümumi sayı 5% artaraq 6.5 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4%-ə qalxıb.

2018-ci ilin oktyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 83,2%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 85,1%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 7%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.

Oktyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 24% artıb. Artım əsasən daxili reyslər (42%), Afrika (35%), Şimali Amerika (30%)və Avropa ölkələri (24%) hesabına baş verib. Oktyabr ayında Afrika, Şimali Amerika, Avropa və Uzaq Şərq ölkələri üzrə yüklənməs səviyyəsi müvafiq olaraq 7 faiz bəndi,4 faiz bəndi, 3faiz bəndi və 3 faiz bəndi artmışdır.

Cari ilin yanvar-oktyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 11% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 64 milyondan çox sərnişin daşınıb.

Yanvar-oktyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82.2%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 86%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb.

Cari ilin ilk 10 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tondan çox olmuşdur.

Frame.az

Exit mobile version