AirnewsSəyahətTurizm

“Türk Hava Yolları”nın yüklənmə səviyyəsi rekord həddə çatıb

Bu yaxınlarda may ayı üzrə sərnişin və yük daşımalarının nəticələrini elan etmiş “Türk Hava Yolları” aviaşirkəti tarixində ilin ilk beş ayı ərzində rekord yüklənmə səviyyəsinə çatıb – 80,7%. Türkiyənin milli aviadaşıyıcısı son vaxtlar əldə edilmiş rekord yüklənmə səviyyəsi göstəriciləri ilə qlobal aviasiya arenasında öz mövqeyini qoruyub saxlayır.

Bu ilin ilk dörd ayında daşınan sərnişinlər sayının ikirəqəmli artımı may ayında da davam edib. Bu göstərici 4% artaraq 6,1 milyona çatıb, may ayı üzrə yüklənmə səviyyəsi isə 78,6% təşkil edib.

Apreldə reyslərin yüklənmə səviyyəsi 1 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 3,6% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7 faiz bəndi artaraq 78% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 83% təşkil edib.

İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə may ayında daşınan yüklərin/poçtun həcmi 22% artıb. Artım əsasən daxili reyslər (35%), Orta Şərq (31%), Şımalı Amerika (29%), Avropa (24%) və Afrikanın (22%) hesabına baş verib.

imali Amerika, Afrika və Uzaq Şərq üzrə göstəricilər müvafiq olaraq 5, 3 və 1 faiz bəndi artıb.

ari ilin yanvar-may dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 17% və 19% artıb. Aviaşirkətin ümumi sərnişin axını 29,3 milyona çatıb.

Yanvar-may aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 5 faiz bəndi artaraq 80,7%-ə çatıb. Bununla belə, aviaşirkətin tarixində ilk beş ay ərzində rekord yüklənmə səviyyəsi nümayiş etdirilib. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 2 faiz bəndi artaraq 85%-ə çatıb.

May ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində 2018-ci ilin yanvar-may aylarında bu göstərici 30% artaraq 545 min ton təşkil edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!