“TurkAZ Magazin”nin təqdimat mərasimi keçirilib.
Frame.az xəbər verir ki, Türkiyə və Azərbaycanın ortaq nəşri olan “TurkAZ Magazin”nin aprelin 6-da Bakıda təqdimat mərasimi keçirilib. Jurnalın əsəs məqsədi iki ölkə arasında qurulan qardaşlıq münasibətlərinin möhkəmlənməsini və iş adamları arasındakı əlaqələrin inkişaf etdirilməsinə töhfə verməkdir.
Təqdimatda iştirak edən Azərbaycan Millət vəkili və Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov , Kaspi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Sədr müavini Sona Vəliyeva, Azərittifaq sədrinin 1-ci müavini, Azərbaycan Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlı jurnalın fəaliyyətinə uğurlar arzulayıblar.
Qeyd edək ki, Təqdimat mərasimində Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri,Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları və iş adamları iştirak ediblər.
Tədbirdə jurnalın Azərbaycan təmsilçisi Mirzə Əliyev iştirakçılara təqdim olunub.