Site icon Frame.az

Türkiyədə toylar BU ŞƏRTLƏRƏ uyğun keçiriləcək

Türkiyədə iyunun 15-dən etibarən nikah, iyulun 1-dən isə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. Mərasimlər xüsusi qaydalar çərçivəsində keçiriləcək.

Frame.az xbr.az-a istinadən bildirir ki, Bu barədə ölkəninin Daxili İşlər Nazirliyi tərəfindən bir sıra qərarlar qəbul olunub.

Belə ki, mərasim zamanı bir neçə nəfərin toplanaraq ailə fotosu çəkdirməsinə icazə verilməyəcək. Cütlüklər də daxil olmaqla hər kəs maska taxacaq.

Bundan başqa, mərasim keçirilən zaman masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Şənliklərdə iştirak edənlərin sayı isə ərazinin kvadratmetrinə görə hesablanacaq, qonaqların hərarəti ölçüləcək.

Exit mobile version