Azərbaycan xalqının qazandığı böyük Zəfərin kino vasitəsilə əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi ilə Türkiyənin “Bozdağ film” studiyası arasında əməkdaşlığa başlanılıb.
Nazirlikdən bildirilib ki, Türkiyədə “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur serialların istehsalçısı olan “Bozdağ film” studiyası “Qarabağ Vətən müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilişlərini aparacaq.