IdmanVoleybol

Türkiyənin qadın voleybolçuları Avropa çempionatının dörddəbir finalında

Sentyabrın 27-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində üçüncü pley-off matçı oynanılıb.

Frame.az xəbər verir ki, Milli Gimnastika Arenasında Türkiyə voleybolçuları Polşa yığmasını 3:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəliblər.

Qardaş ölkənin voleybolçuları gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci setini 25:22 hesabı ilə üstün başa vurublar. Türkiyə yığması rəqibin güclü müqavimətinə baxmayaraq, ikinci setdə də üstün olub – 27:25. Polşalı voleybolçular üçüncü setdə 25:18 hesabı ilə qalib gəliblər. Lakin oyunun dördüncü setində də qələbə qazanan (25:23) Türkiyə millisi ümumi hesabda 3:1 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqəni təmin ediblər.

Dörddəbir finalda Türkiyə voleybolçularının rəqibi Rusiya millisi olacaq. Həmin görüş sentyabrın 29-da saat 20:30-da başlayacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!