Site icon Frame.az

“Türkün inancı, tarixin qazancı”

Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalça təqdim olundu
Cari ilin 27 sentyabr tarixində Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirildi.

Qeyd edək ki, 2-3 iyun tarixlərində Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “I Beynəlxalq Türk dünyasının ortaq dili − naxışlar” adlı simpozium keçirilmişdir. Simpoziumun simvolu olan xalça muzeyin xalçaçı-rəssamı Taryel Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunmuşdur.

Mərasimdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryel Bəşirov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Haluk İpek o cümlədən TürkPa Baş katibi Jandos Asanov çıxış etdilər və mərasim xalçanın kəsimi ilə başa çatdı. Frame.az

Exit mobile version