EventsFutbolIdmanSosial

Bakıda “Coca-Cola Məktəbli Kuboku” futbol turnirinin final mərhələsinə start verilib

Azəbaycanda məktəblilərin ən irimiqyaslı futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku” yarışının final mərhələsinə start verilib. “Coca-Cola” şirkəti, AFFA və Azərbaycanın Təhsil Nazirliyi artıq 7 ildir şagirdlər arasında sözügedən yarışı təşkil edirlər. VII siniflər arasında keçirilən bu turnirdə hər il təxminən 200 min məktəbli iştirak edir. Ümumilikdə, 7 il ərzində yarışda iştirak edənlərin sayı 1 milyondan artıq olub ki, bu da gənclər arasında fəal və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.

Ötən ilin sentyabr ayında start götürən “Coca-Cola Məktəbli Kuboku” çərçivəsində ilk olaraq məktəblər daxilində yarış təşkil olunub və ya seleksiya aparılıb, daha sonra hər bir məktəbin yığma komandası yığılıb və 76 rayonun daxilində ilkin mərhələ keçirilib ki, burada ölkənin 1 600 komandası iştirak edib. Bu ilin mart-aprel aylarında layihənin rayon qalibləri arasında “play-off” mərhələsi təşkil olunub və nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb. Bunlar Masallı, Biləsuvar, Zərdab, Mingəçevir, Tərtər, Qazax, Gəncə, Şərur, Xətai, Binəqədi, Şabran, Qax, Sumqayıt, Qəbələ, İmişli və Saatlı məktəblərinin komandalarıdır. Yekun olaraq finala vəsiqə qazanan iki komanda mayın 24-dəfinal oyunu ilə “Coca-Cola Məktəbli Kuboku”nun final mərhələsinə yekun vuracaq.

AFFA-nın baş katibi Elxan Məmmədov və “Coca-Cola” şirkətininn Orta Asiya və Qafqaz ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev final mərhələsinin oyunlarını izləyiblər, məktəblilərlə görüşüb, onlara yarışda uğurlar arzulayıblar.

“2011-ci ildən başladığımız “Coca-Cola Məktəbli Kuboku” məktəblilər üçün təşkil olunmuş ən böyük futbol turniridirvəuilki yarış 70-dən çox rayon və şəhərləri əhatə edib. Bu isə o deməkdir ki, final mərhələsinə vəsiqə qazanmış 16 komanda Azərbaycan məktəblərinin ən güclü komandalarıdır. İnanıram ki, bir neçə ildən sonra sizin aranızdan Azərbaycan millisinin oyunçularını görəcəyik. “Coca-Cola Məktəbli Kuboku”na hər il yüz minlərlə məktəbli qatılır, futbol həyacanı yaşayır, futbola olan maraq və sevgisini reallaşdırır, yeni dostlar əldə edir, dünya görüşünü artır, bütün bunlar uşaqların ümumi inkişafına müsbət təsir göstərir. Turnirin baş tutmasında AFFA və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Valideynlərə və müəllimlərə çox sağ ol deyirəm ki, uşaqların futbola olan həvəsini dəstəkləyirlər, onların futbol arzularının həyata keçməsinə yardımçı olurlar. Final mərhələsinə vəsiqə qazanmış bütün komandaları təbrik edirəm və uğurlar arzulayıram”, – deyə Elşad Fərzəliyevbildirib.

“AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkəti bir neçə ildir ki, “Məktəbli Kuboku” turnirini təşkil edir. Bu, Azərbaycanda ən kütləvi yarışdır və respublikanın bütün bölgələrini əhatə edir. Turnirin, minlərlə şagirdə sevinc bəxş edən, onları sağlam həyat tərzinə yönəldən yarışın keçirilməsinə dəstək verən “Coca-Cola” şirkətinə və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Azərbaycan üçün bu çox önəmli bir layihədir, sağlam həyatın və idmanın təbliğidir. Biz bu turnir vasitəsilə uşaqlara idmanı, xüsusilə də futbolu sevdiririk. “Coca-Cola Məktəbli Kuboku” turnirində iştirak edən istedadlı şagirdlərə gələcəkdə karyeralarını futbolçu kimi davam etdirmələrini arzulayıram”, – deyə Elxan Məmmədovbildirib.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir. “Coca-Cola Məktəbli Kuboku” futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!