Site icon Frame.az

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Üçüncü “Baku Piano Festival” çərçivəsində gənc istedadlı musiqiçilərin iştirakı ilə iki konsert, həmçinin “Arts Council Azerbaijan” tərəfindən təşkil olunmuş uşaq rəsmlərinin sərgisi keçirilib.

Tədbir “We are the Future” (“Gələcək bizik”) devizi altında təşkil olunub.

“Landmark Rotunda”da baş tutan ilk konsertdə Hüseyn Niftəliyev, Raniya Rzayeva, Ariya Əhmədova, Aylin Abdullayeva, Əbdürrəhman Rzayev, Qafar Həsənzadə, Duyğu Rəsul, Sevda Əmirli, Nurcan Cəfərova, Əminə Nəcəfli, Pərviz Bağırov, Ayan Əsgərova, Adnan Kərimli, Mədinə Paşayeva və Ahmed Nader Abdullah klassik musiqi nömrələri ilə çıxış ediblər.

İkinci konsert “Coffee” and “Jazz JAZZ CLUB”da olub və caza həsr olunub. Tədbirdə Mirəhəd Növrəsli, Hüseyn Kərimov, Məhəmməd Allahverdiyev, Amin Əliyev, Mirsəməd Növrəsli, Cavad Məmmədov, Mətin İbrahimli, Mədinə Paşayeva, Nəzrin İmanova, Ziya Əlişov Yusifli və İsmayıl Vəlizadə iştirak ediblər.

Tədbir çərçivəsində “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə uşaq rəsmlərindən ibarət sərgi də keçirilib. Sərgidə 6 yaşdan 15 yaşa qədər gənc rəssamlar – Əminə Cabbarlı, Nazim Məmmədli, Sürəyya Məmmədli, Suad Tağıyeva, Aylin Rzayeva, Fərəh Mürşüdlü, Əminə Mirzəliyeva, Amin Mirzəliyev, Yevangelina Lisanova, Rəşid Əliyev, Elvira Əliyeva, Məryəm Əliyeva, Maqsud Əliyev , Fidan Abbasəliyeva, Nigar Mahmudbəyova, Umud Həbibov iştirak ediblər. Rəsmlər musiqi mövzusunda çəkilib və onların hər birində piano əsas element kimi göstərilir.

Exit mobile version