A Qrupu:
Benfika – SSKA 1:2
Mançester Yunayted – Bazel 3:0
Qrupun favoriti hesab olunan “Mançester Yunayted” ilk matçını doğma meydanda “Bazel” komandasına qarşı keçirib. Görüşdə hesab ilk hissənin sonlarına yaxın açılıb. Eşli Yanqın sağ cinahdan ötürməsindən sonra Belçikalı futbolçu Fellaini başla fərqlənib 1:0. 53-cü dəqiqədə digər Belçikalı futbolçu Lukaku fərqlənib 2:0. Matçda son nöqtəni oyuna əvəzetmədən daxil olan Raşford qoyub 3:0. “Benfika” öz meydanında Rusiyanın “SSKA” komandasını qəbul edib. İlk hissədə meydan sahibləri bir neçə dəfə qol vurmağa yaxın olsalar da hesab açılmayıb. İkinci hissədə hücumlarının kəsərini artıran Portuqallar 50-ci dəqiqədə hesabı açmağa müvvəffəq olublar. Zivkoviç’dən ötürmə alan Seferoviç topu Akinfeyev’in qoruduğu qapıdan keçirib. Oyunun 63-cü dəqiqəsində hesab bərabərləşib. Hakimin təyin etdiyi penalti zərbəsini Vitinyo dəqiq yerinə yetirib 1:1. Cəmi 8 dəqiqə sonra “SSKA” qələbə topunu vurub. Vasin’in zərbəsini qapıçı dəf etsə də topa hamıdan tez yetişən Zamaletdinov’un fərqlənməsinə mane ola bilməyib 1:2. Oyun 1:2 hesabı ilə Ruslar’ın qələbəsi ilə başa çatıb.
B Qrupu:
Bavariya – Anderlext 3:0
Seltik – PSJ 0:5
“Seltik” komandasının qonağı olan “PSJ” rəqibini 0:5 hesabı ilə darmadağın edib. Hesab görüşün 19-cu dəqiqəsində açılıb yayda astronomik məbləğə PSJ’yə transfer olunan Neymar fərqlənib 0:1. 34-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə komandanın digər yeni transferi Mbappe fərqlənib 0:2. Hissənin sonlarına yaxın penaltini dəqiq yerinə yetirən El Matador ləqəbli Kavani hesabı 0:3 edib. Oyunun sonlarına yaxın Şotlandlar qapısında daha iki qol görüblər. Öncə Lustiq topu öz qapısına göndərərək avtoqol müəllifi olub 0:4. Görüşün bitməsinə beş dəqiqə qalmış Kavani dublunu rəsmiləşdirib 0:5. Bavariya – Anderlext matçı gözlənildiyi kimi Almanlar’ın inamlı qələbəsi ilə başa çatıb. Görüşdə hesab erkən açılıb. Levandovski 12-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib 1:0. 65-ci dəqiqədə Kimmix’dən dəqiq ötürmə alan Tyaqo Alkantara fərqlənib 2:0. Son nöqtəni isə 90-cı dəqiqədə Kimmix qoyub 3:0.
C Qrupu:
Çelsi – Qarabağ 6:0
Roma – Atletiko Madrid 0:0
Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz “Qarabağ” komandası London səfərindən acınacaqlı məğlubiyyətlə qayıdıb. Stemford Bric’ə toplaşan 41150 tamaşaçı 5-ci dəqiqədə ilk qolun şahidi olublar. Villian’dan ötürmə alan Pedro mükəmməl zərbə ilə topu qapımızdan keçirib 1:0. Oyunun 30-cı dəqiqəsində fərq iki topa çatıb. “Çelsi” klubunun İtaliyalı futbolçusu Zappakosta fərqlənib 2:0. 55-ci dəqiqədə Aspilikueta 3-cü topu Şehiç’in qoruduğu qapıdan keçirib 3:0. 71-ci dəqiqədə Bakoyoko hesabı 4:0 edib. Cəmi beş dəqiqə sonra Batşuayi uzaq küncü dəqiq nişan alıb 5:0. Matçın bitiminə 8 dəqiqə qalmış Medvedev topu öz qapımıza göndərərək avtoqol müəllifi olub 6:0. Roma – Atletiko Madrid matçında qonaqlar nisbi üstünlüyə malik olsalar da istəklərinə nail ola bilməyiblər. Görüş başladığı kimi 0:0 hesabı ilə başa çatıb.
D Qrupu:
Barselona – Yuventus 3:0
Olimpiakos – Sportinq 2:3
Keçən mövsüm 1/4 final mərhələsində iki oyunun cəminə görə Yuventus’a məğlub olaraq mübarizəni dayandırmalı olan “Barselona” bu məğlubiyyətin əvəzini çıxmaq əzmində idi. Hesab görüşün 45-ci dəqiqəsində açılıb. Suarez’lə divar paslaşması edən Messi topu Buffon’un qoruduğu qapıdan keçirib 1:0. 56-cı dəqiqədə Rakitiç hesabı 2:0 edib. Bununla kifayətlənməyən Barsa 69-cu dəqiqədə üçüncü topu Yuventus’un qapısına vurub. İnyesta’dan gözəl ötürmə alan Messi dublunu rəsmiləşdirib 3:0. “Olimpiakos” doğma meydanda Sportinq’ə 2:3 hesabı ilə məğlub olub.
PƏRVİN BAYRAMOV
Frame.az