Dekabrın 8-də futbol üzrə UEFA Çempionlar Liqasının 6-cı turuna start verilib.
Turun maraq doğuran görüşü G qrupunda yer alan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) komandaları arasında olub. “Nou Kamp” stadionunda baş tutan görüşdə “Yuventus” klubu qələbə qazanıb – 1:3.
Oyunda hesab 13-cü dəqiqədə açılıb. Kriştiano Ronaldo hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Qoldan yeddi dəqiqə sonra Turin yəmsilçisi hesab arasındakı fərqi iki topa çatdırıb. Veston Makkenni adını tabloya yazdırıb.
Fasilədən sonra (52-ci dəqiqə) “qoca sinyora” rəqibi üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib.
Kriştiano Ronaldo dublun rəsmiləşdirib.
Görüş “Yuventus”un qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra turinlilər xal ehtiyatını 15-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib.
“Barselona” da eyni xala malikdi, lakin şəxsi oyunlara görə “Yuventus” qrup mərhələsini lider kimi başa vurub.
Qrupun digər paralel keçən görüşündə “Dinamo Kiyev” (Ukrayna) öz meydanında “Ferentsvaroş” (Macarıstan) komandasını məğlub edib – 1:0.
Kiyev təmsilçisi UEFA Avropa Liqasında çıxış edəcək. Macarıstanlılar isə cari mövsüm avrokuboklarda mübarizəsini dayandırır.
E qrupunda formal xarakter daşıyan oyunlarda “Çelsi” (İngiltərə) öz meydanında “Krasnodar”ı (Rusiya), “Renn” (Fransa) isə “Sevilya”nı qəbul edib.
“Sevilya” səfərdə qələbə qazansa da (3:1), “Çelsi” heç-heçə edib (1:1).
Buna baxmayaraq hər iki komanda vaxtından əvvəl səkkizdəbir finala vəsiqələrini təmin etmişdilər.
“Kranodar” UEFA Avropa Liqasında çıxış edəcək. “Renn” isə avrokuboklarda mübarizəsini dayandırır.
F qrupunda yer alan İtaliyanın “Latsio” klubu öz meydanında Belçikanın “Brügge” komandasını qəbul edib.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra qrupda 10 xal toplayan “Latsio” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Digər oyunda Almaniyanın “Borussiya Dortmund” klubu səfərdə Rusiyanın “Zenit” komandasının qonağı olub. Bu oyun hər iki komanda üçün formal xarakter daşıyırdı. Belə ki, “Borussiya Dortmund” səkkizdəbir finala vəsiqəni vaxtından əvvəl qazanmışdı, “Zenit” isə 1 xalla UEFA Avropa Liqasında mübarizə aparmaq şansını itirmişdi.
Bu qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Borussiya Dortmund” və “Latsio” növbəti mərhələyə vəsiqəsini təmin edib. “Brügge” UEFA Avropa Liqasında iştirak edəcək. “Zenit” isə cari mövsüm avrokuboklarda mübarizəsini dayandırır.
Günün ən gözlənilməz hesabı Almaniyada qeydə alınıb.
“Leyptsiq” öz meydanında “Mançester Yunayted” (İngiltərə) klubunu qəbul edib.
Görüş “Leyptsiq”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində “Leptsiq” pley-off mərhələsinə yüksəlib.
Qrupun digər görüş isə təxirə salınıb. Buna səbəb isə İstanbul təmsilçisinin hücumçusu Demba Baya qarşı matçın ehtiyat hakimi tərəfindən irqçi ifadələr söyləməsi olub.
Xarici KİV-lərin bildirdiyinə görə, bu görüşün taleyinə yaxın günlərdə qərar veriləcək.