IqtisadiyyatTurizmTəqdimat

“UĞUR KOMANDA İŞİDİR” – AHK AZƏRBAYCAN 10 İLLİYİNİ QEYD EDİR

10 dekabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 180- ə yaxın tərəfdaşlar və üzv şirkətlərin təmsilçiləri, həmçinin yüksək rütbəli dövlət nümayəndələri  və diplomatik korpusun rəhbərlərinin iştirakı ilə AHK Azərbaycanın 10 illiyinə həsr olunmuş Qala  Gecəsini təşkil edib. Bu münasibətlə, AHK Azərbaycanın İdarə Heyəti və rəhbərliyi ötən on il  ərzində yaxından əməkdaşlığa və qarşılılıqlı əlaqələrin saxlanılmasında göstərilən davamlı dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. 

Tədbiri AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann açıb və qonaqları on il əvvəl  AHK Azərbaycanın açılış mərasiminin qeyd edildiyi Four Seasons Hotelində salamlayıb. Daha  sonra Norm MMC-nin baş direktoru, AHK Azərbaycan İdarə heyətinin sədr müavini Dr. Henning Sasse və Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin  sədri, AHK Azərbaycanın ilk sədri Dr. Samir Axundov qonaqları salamlayıblar. 

Dr. Sasse çıxışında tədbir iştirakçıları ilə AHK Azərbaycanla bağlı xatirələrini bölüşüb. O  xatırladıb ki, AHK Azərbaycan yarandığı zaman MDB ölkələrində Rusiyadan sonra ikinci  Ticarət Palatası olmuşdur. Daha sonra Dr. Axundov öz çıxışında AHK Azərbaycanın uğurunu  “komanda işi” adlandırıb və bu uğurda iştirak edən hər kəsin rolunun vacibliyini vurğulayıb.  

Qala Gecəsi Eurovision Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovun canlı ifası müşayiətində işgüzar şam yeməyi ilə davam edib. Tədbir üzv şirkətlərin təqdim etdiyi qiymətli hədiyyələrlə AHK Azərbaycan haqqında viktorina oyunu, maraqlı rəqs nümayişləri və “Əfəndi” qrupunun  canlı musiqisi ilə yekunlaşıb. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!