CinemaMobil dünyaTəqdimat

“Ulduz müharibələri”: fişinq və troyanların yüksəlişi

Dekabr ayının 19-u ekranlara çıxan “Ulduz Müharibələri: “Skayuokerin yüksəlişi” filmi hələ premyeradan çox əvvəl cinayətkarların diqqətini çəkib. “Kaspersky” şirkətinin mütəxəssisləri 30-dan çox saxta veb sayt və sosial şəbəkələrdə filmi pulsuz yükləmə təklifləri edən hesablar aşkarlayıb. Fırıldaqçılar qeydiyyatdan keçmiş istifadəçilərin şəxsi məlumatlarını onları aldaraq əldə etmək üçün belə mənbələr yaradırlar.

Fişinq saytları adətən filmin rəsmi adından istifadə edir və istifadəçiləri mənbənin leqal olduğuna inandırmaq üçün film haqqında ətraflı məlumat yazırlar. Bu təcrübə “qara SEO” adlanır və cinayətkarlara filmin adını yazıb, ona “pulsuz baxın” düyməsini əlavə etdikdə, resursun top siyahıya düşməsinə imkanı verir. Saxta saytları tanıtmaq üçün cinayətkarlar sosial şəbəkələrdə də hesablar yaradırlar.

Bununla belə, fişinq fırıldaqçıların “Ulduz müharibələri” vasitəsilə pul qazanmaq üçün yeganə vasitəsi deyil. Onlar kosmik saqanın fraqmentləri ilə müxtəlif servislərdə zərərli proqramlar gizlədirlər. Beləliklə, 2019-cu ildə “Kaspersky” 285 mindən çox belə hücumun qarşısını alıb. Bu göstərici ötən il ilə müqayisədə 10% çoxdur. Eyni zamanda, unikal faylların sayı isə əksinə, 30% azalaraq 12 mindən az təşkil edir.
“Fırıldaqçılar müntəzəm olaraq məşhur franşizalardan xeyir əldə etməyə çalışırlar. “Ulduz müharibələri” bunun bariz nümunəsidir. Filmin adından istifadə edən fişinq saytları və zərərli fayllar, axtarış zamanı ilk yerlərdə olduğu üçün, filmin fanatları son dərəcə diqqətli olmalıdırlar. Kosmik saqanı sevənlərə kiber təhlükələrlə qarşılaşmamaq üçün filmi böyük ekranda və ya rəsmi onlayn kinoteatrlarda seyr etməyi tövsiyə edirik”, – bunu “Kaspersky” şirkətinin baş məzmun analitiki Tatyana Sidorina deyib.

Məşhur filmlər və ya televiziya şoularının adı altında yayılan zərərli proqramların qurbanı olmamaq üçün “Kaspersky” şirkəti istifadəçilərə aşağıdakı tövsiyələrini verir:
• filmlərin və televiziya şoularının buraxılış vaxtı barədə rəsmi məlumatlara diqqət yetirmək
• rəsmi premyeralardan əvvəl yeni epizodları təklif edən şübhəli linklərə daxil olmamaq
• video faylı yükləyərkən onun genişlənməsinə xüsusi diqqət yetirmək (bu, .avi, .mkv, .mp4 ola bilər, heç bir halda .exe olmalı deyil)
• geniş təhdidlərdən hərtərəfli qorunmaq üçün “Kaspersky Security Cloud” kimi etibarlı qoruyucu həlldən istifadə etmək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!