EkologiyaSosialTəqdimat

Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçirildi

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən YUNESKO-nun dəstəyilə keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində sahilyanı təmizlik kampaniyası keçirildi. 250-dən çox könüllünün iştirakı ilə baş tutan tədbirdə 2 tona yaxın məişət tullantıları toplandı.

Kapaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığının yüksəldilməsidir. Bu məqsədlə ölkə ərazinin təmizlənməsi və bu sahədə ictimai mədəniyyətin və bir növ cəmiyyət və əhali arasında ənənəvi hərəkat formasını almaq məqsədi ilə “Milli Təmizlik Günü” –ün elan olunması və bütün ictimai və sosial təbəqələrə, şəbəkələrə onun aid olunması strategiyasının işlənməsi və həyata keçirilməsi prosesini özündə cəmləşdirir.

Ekoloji kampaniyaya eyni zamanda iştirakları ilə Sabunçu rayon icra hakimiyyəti, Təmiz Şəhər ASC, SOCAR KBR, Lets’ do it Azerbaijan şirkəti, Azərbaycan Turizm və Menecment Universiteti, AIESEC Azərbaycan təşkilatı və TOYOTA Azərbaycan şirkəti dəstək göstərmişdir.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsinin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.  

Layihə çərçivəsində hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunmuşdur.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunmuş, eyni zamanda “Ümumdünya Təmizlik günü” münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!