Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha beş vətəndaşa dəstək verib. Bank bu il ərzində şəhid və qazi ailələri də daxil olmaqla, indiyədək 18 vətəndaşımıza dəstək göstərib. Layihə çərçivəsində bank tərəfindən paytaxt və ölkəmizin bir çox rayonlarında yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üçün müxtəlif avadanlıqlar təqdim olunub.
Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.
Unibank- Sənin Bankın!