FinansIqtisadiyyatTurizmTəqdimat

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha 5 nəfərə avadanlıq təqdim edib

Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 5 nəfərə “fotoatelye” zərfi üzrə avadanlıq verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə layihəsi olan “FotoMən” layihəsinin əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi, şəxsi biznesin təşkili, karyera mühitinə psixoloji hazırlıq, gənclərin karyeralarına ilk addım atması üçün praktiki bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, Unibank 3 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-Sənin Bankın!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!