FinansIqtisadiyyatTurizmTəqdimat

“Unibank” sahibkarlara verdiyi güzəştli biznes kreditlərinə görə lider banklardandır

“Unibank” Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən banklar siyahısındadır. Bu ilin əvvəlindən 1 oktyabradək müvəkkil banklar tərəfindən verilən kreditlərin sayının təhlilinə görə, Unibank sahibkarlara 261 güzəştli kredit verib. Bununla da ən çox güzəştli kredit verən banklardan biri olub. SİF-in açıqladığı siyahıda ikinci yerə çıxan Bank, güzəştli kreditlərin böyük əksəriyyətini regionlara, xüsusilə də kənd təsərrüfatının inkişafına yönləndirib.
“Unibank” Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun digər layihələrində də aktiv iştirak edir. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi “Unibank” üçün prioritetlər sırasındadır. Kredit portfelinin təhlili göstərir ki, ilin əvvəlindən bu yana bank tərəfindən biznesin kreditləşməsi nəzərəçarpacaq dərəcədə artıb.

“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!