FinansIqtisadiyyatTurizmTəqdimat

Unibankın kapitalı 31 milyon manat artıb

Unibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb. Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb. 

Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, hazırda 149 386 358 AZN təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub. 

Hazırda bankın nominal dəyəri 2,72 manat olan adi adlı, səs hüququ verən sənədsiz səhmlərinin sayı 54 921 455 ədəddir. 

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafına da öz təsirini göstərib. Ötən il ərzində “Unibank”ın aktivlərinın həcmində 35%-dən çox artım qeydə alınıb. 

Unibank-Sənin Bankın!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!