Idman

Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə döndü

Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazandı.

Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyiləfəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil etdi. Uşaq paralimpiyaçılarımız  bu dəfə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boççia idman növü üzrə beynəlxalq turnirdə güclərini sınadılar. Belə ki,İngiltərə, Rusiya, Polşa, Çexiyadan olan güclü komandaların qatıldığı yarışda Uşaq Paralimpiya Komitəsinin idmançıları turnirin ən azyaşlı iştirakçıları oldu. Dəfələrlə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılarımızbu dəfə də uğurla çıxış edərək komanda hesabında 3-cü yerə çıxdılar.

Qeyd edək ki, Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin sponsorluğu ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsiölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı bəxş edib.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddətərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb və bundan sonra da bu sahədə öz diqqət və qayğısını əsirgəməyəcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!