Uşaq hüquqları, təhsildə və hüquqda uşağa münasibətin dəyişməyə başladığı keçən əsrdən bəri inkişafda olan təhsil və hüquq sahəsidir.
Həqiqətən, hal-hazırda artıq uşağa baxış bucağı ənənəvi münasibətə nəzərən dəyişməkdədir.
Yaxın vaxtlara qədər uşaq, “kiçik, əskik, natamam bir yetişkin” olaraq görülürdü və uşaqlıq çağına da bir an əvvəl “keçib getməli olan” mərhələ gözüylə baxılırdı. Lakin bu gün artıq uşaq, özünəməxsus ehtiyacları, öz məntiqi, öz ölçüləri, öz bütünlüyü olan, qüsursuz bir varlıq olaraq görülür, uşaqlıq çağının da onun formalaşmasında çox önəmli funksiya daşıdığı məlumdur.
Təhsildəki inkişaf prosesinin və yeni düşüncələrin ortaya qoyduğu bu faktlar hüquqda da əksini tapmışdır və uşağın “özünəməxsus haqlar”a sahib olduğu qəbul edilərək, bunlar sistemli şəkildə ayrı-ayrı milli və beynəlxalq qanunvericilik aktlarında ifadə olunmağa başlanmışdır.
Bu hüquqların araşdırılması, müzakirə edilməsi və tədrisi böyük önəm daşıyır.
“Fərd və Yol” jurnalının 1-ci sayında Hüquq bölməsinə mütləq göz atın…