Faydamız OlsunTəqdimat

Uşaqların IV Ümumrespublika Forumuna nümayəndələrin seçiminə start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna nümayəndələrin seçimini elan edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I , 2011-ci ildə Azərbaycan Uşaqlarının II, 2014-cü ildə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir. Forumlar uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

2017-ci ildə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcəkdir. Foruma bütün şəhər və rayonların hər biri üzrə uşaqların seçilməsi məqsədilə Komitə tərəfindən regional görüşlər keçirilir. Hər bir rayon və şəhər üzrə öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən uşaqlar seçilərək forumda iştirak hüququ əldə edəcəklər.

Bundan başqa uşaqlar birbaşa müraciət edərək Forumda iştirak etmək hüququ əldə edə bilərlər. Bunun üçün öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst ifadə edə bilən IX-XI sinif şagirdləri 1-30 aprel, 2017-ci il tarixlərində aşağıdakı Ərizə Forması doldurularaq ushaq.problemleri@mail.ru ünvanına göndərilməlidir. Müraciət edən hər bir namizədin ərizə forması yoxlanıldıqdan sonra seçilmiş nümayəndələrlə əlaqə saxlanılacaq və onlarla müsahibələr (onlayn görüntü və ya video-müsahibə formasında) keçiriləcəkdir.
Əziz uşaqlar, özünə inanan, bacarığına güvənən hər birinizin müraciətini gözləyirik!
Əlavə məlumat üçün: (012) 598-27-12
Qeyd: Ərizə formasını Komitənin saytından(scfwca.gov.az) əldə edə bilərsiniz. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!