FestivallarMusiqiMədəniyyətTəqdimatƏn Son

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir.

Bu ilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

18 sentyabr

saat 10.00-da Fəxri Xiyabanda ənənəvi olaraq Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunacaqdır.

saat 10.30-da Azərbaycan Milli Konservatoriyasının qarşısında Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir keçiriləcəkdir.

saat 11.00-da Milli İncəsənət Muzeyinin bağında yerləşən Güllələnmiş heykəllərin ziyarəti baş tutacaqdır.

saat 11.30-da Bakı Musiqi Akademiyasının qarşısında “Üzeyir Musiqi Günü”nə həsr olunmuş tədbir keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və solistlər iştirak edəcəklər.

saat 14.00-da Üzeyir Hacıbəylinin ev muzeyində bəstəkara həsr olunmuş tədbir keçiriləcəkdir.

saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində “Xəlqilik, millilik, beynəlmiləllik” adlı konsert proqramı təşkil olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Festivalın təntənəli açılış mərasimi baş tutacaqdır. Tədbirdə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqəsinin I yerin qalibi

Sergey Doqadin çıxış edəcəklər. Proqramda Üzeyir Hacıbəyli “Koroğlu” operasına Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı Simfoniyası səslənəcəkdir.

19 sentyabr

saat 12.00-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sergey Doqadinin ustad dərsləri keçiriləcəkdir.

saat 17.00-da Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcəkdir. Konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano), Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano), Aytac Rzaquliyeva (piano) iştirak edəcəklər.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” muğam axşamı təşkil olunacaqdır. Tədbirdə “Könül” ansamblı və Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Teyyub Aslanov çıxış edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Koroğlu” üçpərdəli operası nümayiş olunacaqdır. Baş rolda Əməkdar artist Ramil Qasımovdur.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi təşkil olunacaqdır. Gecədə “D`accordo” barokko ansamblı Bokkerini, Sammartini, Ramo, Teleman və başqa bəstəkarların əsərlərini ifa edəcəklər.

20 sentyabr

saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimat mərasimi keçiriləcəkdir. Kitabın IV cildində 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün həyatının ümumi mənzərəsinin təhlili və tədqiqi verilmişdir.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında Orqan musiqi axşamı təşkil olunacaqdır. Tədbirdə Rusiyanın fortepiano və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko konsert proqramı ilə çıxış edəcəkdir.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində beynəlxalq müsabiqələr laureatı, pianoçu Filip Kopaçevski (Rusiya) çıxış edəcəkdir. Konsertin proqramına Frederik Şopen, İohannes Brams, Edvard Qriq, Qriqori Qinzburqun əsərləri daxildir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaqdır.

21 sentyabr

saat 14.00-da Bakı Musiqi Akademiyasında “Orqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” mövzusunda tədbir keçiriləcəkdir. Tədbirdə beynəlxalq müsabiqələr laureatı, orqan ifaçısı Yevgeni Avramenko (Rusiya), Bakı Musiqi Akademiyasının orqan kafedrasının müəllim və tələbələri iştirak edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan dirijoru Lorenzo Tazzierinin rəhbərliyi ilə Cakkomo Puççininin “La Boheme” operası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcəkdir. Konsert proqramına Ü.Hacıbəyli, F.Əmirov, Q. Qarayev, A.Məlikov və başqalarının əsərləri daxildir.

22 sentyabr

saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində Fortepiano musiqisi axşamı keçiriləcəkdir. Gecədə İtaliyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcəkdir. Proqramda L.V.Bethovenin № 21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantasiya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcəkdir.

saat 19.00-da Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcəklər. Konsertdə F.Əmirov “Azərbaycan kapriççio”su, Niyazi “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” birpərdəli baleti tamaşaçılara təqdim olunacaqdır. Tamaşa dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunur.

23 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçiriləcəkdir. Konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, Rusiyanın tanınmış violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini (Bakıda ilk dəfə səslənir) ifa edəcəklər.

Bundan başqa konsertin proqramına K.Yenkinsin simli orkestr üçün “Palladio” və P.Hindemitin simli kvartet üçün “Minimax” (Bakıda ilk ifa) əsərləri də daxildir.

24 sentyabr

saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqında Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş dəyirmi masa və kamera musiqisi konserti keçiriləcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri və solistlər Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Roldugin, P.İ.Çaykovski adına XIII beynəlxalq müsabiqəsinin II yerin mükafatçısı, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov çıxış edəcəklər. Konsertin proqramına D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri daxildir.

25 sentyabr

saat 15.00-da Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaqdır.

saat 18.00-da Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaqdır.

saat 19.00-da Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaqdır. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestri (bədii rəhbər və dirijor Vasif Axundov) və solistlər – Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli, Könül Məmmədli iştirak edəcəklər.

saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Xalq artisti, pianoçu Murad Hüseynov çıxış edəcəklər. Konsertdə İ.S.Bax, İ.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini, və başqalarının əsərləri səslənəcəkdir.

saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçiriləcəkdir. Tədbirdə Respublika İncəsənət Gimnaziyasının “Qanun kvarteti”, Natavan Həsənova (qanun), Svetlana Əhmədova (piano), Emil Qurbanov (tar), Aytən Babayeva (piano), Surə Rüfət (violin), Cəmalə Abdinzadə (piano), İsmayıl Zülfüqarov (tar), Atabəy İsmayılov (piano), Sevinc Kərimova (piano), Aytən Rüstəmova (kamança), Hüseyn Nağıyev (kamança) Lalə Əhmədova (bəstəkar) və başqa gənc ifaçılar çıxış edəcəklər.

26 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Prezidentinin “Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Gecədə dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova çıxış edəcəklər.

27 sentyabr

saat 15.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və solist Murat Salim Tokac (təmbur) çıxış edəcəklər.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İ.Kalmanın “Silva” operettası nümayiş olunacaqdır. Baş rolda Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviçdir.

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası keçiriləcəkdir. Tamaşada Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına Xoru və baş rolda İnarə Babayeva iştirak edəcəklər.

saat 19.00-da Xəzər” Universitetinin Fikrət Əmirov Konfrans-konsert Mərkəzində “Xəzər” Simfonietta orkestrinin konserti keçiriləcəkdir. Konsertdə gənc dirijor Orxan Həşimov, Elnarə Məmmədova (vokal), Zülfiyyə Sadıqova (piano), İlham Nəzərov (vokal), Mahir Tağızadə (vokal), Ceyla Seyidova (violin), Taleh Yahyayev (vokal) və başqaları iştirak edəcəklər.

28 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın “Jizel” baleti nümayiş olunacaqdır. Tamaşada baş rollarda Nigar İbrahimova (Jizel) və Stanislav Olşanski (Albert, Ukrayna) çıxış edəcəklər.

29 sentyabr

saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” ikipərdəli operası nümayiş olunacaqdır. Baş rollarda Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyeva çıxış edəcəklər.

30 sentyabr

Festivalın bağlanış mərasimi (“Tembr.Kainat.Opera…”) saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov (Azərbaycan), Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl İdrisov (Özbəkistan), Ümid İsrailov (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) və başqaları çıxış edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!