Site icon Frame.az

Velosipedçi qızlar ilk dəfə olaraq Azərbaycanı beynəlxalq yarışda təmsil edib

Velosipedçi qızlar Elfanə Camalova, Validə Cabbarova və Ayan Xankişiyeva ilk dəfə olara yeniyetmələr arasında Azərbaycanı mötəbər beynəlxalq turnirdə təmsil etmişlər. Macarıstanda baş tutan Yeniyetmələrin Avropa Olimpiya Festivalında (YAOF) velosipedçi qızlarımız öz güclərini sınamış, Elfanə Camalova isə qalibdən cəmi 27 saniyə geri qalmaqla finiş xəttinə çatıb.

Təəssüf ki, havanın yağışlı olması səbəbindən yarış zamanı çoxsaylı toqquşmalar baş verib və liderlər qrupunda olan digər iki idmançımız qəzadan qaça bilməsələr də, mübarizəni sonadək davam edib, finiş xəttini keçə biliblər. Bildirək ki, hər üç iştirakçı “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Olympic Moves” proqramınının iştirakçıları olublar.

“YAOF-da Azərbaycanı təmsil edən ilk velosipedçi qızlar sırasında olmaqdan qürur duyuram. Turnirdə qalib gələ bilməsək də, burada qazandığımız təcrübə bizim hər birimiz üçün əvəzolunmazdır. Mən və yoldaşlarım “Olympic Moves” proqramına məktəbdən qoşulmuş, müxtəlif yarışlarda yaxşı nəticə göstərmiş və daha sonra Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən peşəkar velosipedçilik kurslarına dəvət edilmişik. Bu cür yarışmalara qatılmağım, düşünürəm ki, əhəmiyyətli nailiyyətlər əldə etməyimə bir başlanğıc olacaq”, – deyə Elfanə Camalova bildirib.

“50 ölkədən 4 minə yaxın 13-18 yaşlı idmançı və 1500 könüllününqatıldığı nüfuzlu idman hadisəsində bizim də 3 qız və 2 oğlanvelosipedçimiziniştirak etməsi qürurverici haldır. Təmsilçilərimiz medal qazana bilməsələr də, düşünürəm ki, xüsusən də qızlarımız üçün yarışda iştirak beynəlxalq arenada yaxşı başlanğıc idi. Ölkədə “Olympic Moves” kimi kütləvi idman yarışlarının keçirilməsi müxtəlif idman növlərinin inkişafına və aktiv həyat tərzinin təşviqinə öz töhfəsini verir. Son illərdə qızlarımız arasında velosiped idman növü geniş yayılmağa başlayıb. Ümid edirəm ki, yaxın gələcəkdə beynəlxalq turnirlərdə daha çox qız iştirakçılarımız öz gücünü göstərə biləcək”, – deyə MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim, “Olympic Moves Azerbaijan”ın baş hakimi və EYOF oyunlarında MOK- un nümayəndəsi olaraq həm də missiya rəhbəri olan  Vaqif Əliyev qeyd edib.

“Coca-Cola” şirkəti uzun illərdir ki, Azərbaycanda gənclərin inkişafına dəstək verir. 2 il öncə Milli Olimpiya Komitəsilə birgə 5 idman növünü əhatə edən “Olympic Moves”məktəbli idman layihəsinə start verdik. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra idman federasiyalarının dəstəyi ilə “Olympic Moves” Bakı, Sumqayıt, Gəncə və Göy-Göl məktəblilərinin sevimli idman yarışına çevrildi. Bizim üçün çox xoşdir ki, bizim layihəmiz gəncləri fiziki aktivliyə cəlb edir, müxtəlif idman növlərinə həvəsləndirir, yeni dostlar qazanmaq və nailiyyətlər əldə etməküçün imkan yaradır. Layihənin yetirmələri olmuş velosipedçiqızlarımızın isə beynəlxalq yarışda Azərbaycanı təmsil etməkləri bizim üçün qürurvericidir”, – deyə Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

“Coca-Cola” şirkəti Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində “Olympic Moves” proqramını həyata keçirməklə gəncləri mütəmadi fiziki aktivliyə cəlb edir. Proqram bu il respublikanın bir neçə şəhərindən və 400 məktəbindən 90 minədək yeniyetməni yüngül atletika, velosiped idmanı, basketbol (3×3) və badminton kimi fərqli idman növləri ilə mütəmadi olaraq məşğul olmağa həvəsləndirib. “Olympic Moves” məktəblilər arasında kütləvi idman növlərinin təşviqinə yönəlmiş innovativ bir proqramdır.

Frame.az

Exit mobile version