IqtisadiyyatTurizmTəqdimat

Vergi və Mühasibatlıq Zirvəsi yekunlaşdı!

“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvəsi keçirilib.

“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, “Business Management School” MMC, “Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, “Balli Bisi” şirniyyat evi və  “Pro Team Consulting & Outsourcing” şirkətinin, SİMA rəqəmsal imzanın şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.

4 moderator və 17 spiker “Rəqəmlərin Ritmi” şüarı ilə “Mühasibatlıq və rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası – rəhbər və mühasib”, “Maliyyə hesabatları və audit”, “Vergi riskləri” panelləri üzrə müxtəlif mövzuları müzakirə ediblər.

“Good Finance”şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Mühasibatlıq və rəqəmsallaşma” panelində “Davud Mamedov” MMC-nin baş direktoru Davud Məmmədov mühasibatlıq və kodinq, “Pro Team Consulting & Outsourcing” şirkətinin təsisçi və direktoru Sənan Rzayev gələcəyin mühasibi, “Avrora” MMC-nin maliyyə meneceri Simnar Paşazadə maliyyə uçotunda bilinməyən səhvlər və doğrular və “WeFinix” MMC-nin təsisçi və direktoru Şəhla Abdulla maliyyə sahəsində rəqəmsallaşma mövzularında təcrübələrini bölüşüblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!