Frame LifeIqtisadiyyatSağlamlıqTəqdimat

Beynəlxalq mütəxəssislər “Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresində bir araya gələcək

Martın 16-17-də Baku Marriott Hotel Boulevard fəal uzunömürlülük sahəsində ən parlaq beynəlxalq mütəxəssisləri “Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresində bir araya gətirəcək.

Bu böyük hadisə ərəfəsində tədbirin təşkilatçıları ilə jurnalistlərin görüşü baş tutub.

Görüşdə Sea Breeze Anti-Aging Center sağlamlıq kompleksinin yaradıcısı, SPA və Wellness – AWWA (Aesthetic & Wellness World Academy) və Aesthetic & Wellness Association sahəsində ixtisaslaşan akademiyanın təsisçisi, “Kaspi Mayr” yeni sağlamlıq kompleksinin novatoru və ideoloqu Həcər Cəfərova, həmçinin uzunömürlülük, Medical Spa və Wellness mərkəzlərinin inkişafı ilə məşğul olan Possumus development şirkətinin yardıcısı, Mental Health və bədən yönlü terapiya sahəsində mütəxəssis, gözəllik sənayesində kadrların hazırlanması üçün “Beauty School”un ortaq sahibi İlona Ansone konqresin işi barədə ətraflı məlumat veriblər.

Niyə məhz uzunömürlülük mövzusuna bu qədər böyük diqqət ayrılıb?

Latviyalı mütəxəssis İlona Ansone bildirib ki, “dünyadakı iri investisiya axınlarını diqqətlə öyrənsək, belə bir nəticəyə gəlmək olar ki, istisnasız olaraq bütün insanları narahat edən bu həyati məsələyə xüsusi diqqət cəlb edilib. İnvestorlar innovasiyalı texnologiyaların ixtirasına, laboratoriya açılışları, preventiv tibbin inkişafına, yeni farmasevtika məhsulları və həllərinin yaradılmasına sərmayə qoyurlar. İndi biz insana sağlamlığını qorumaqla və aydın şüurda olmaqla daha uzun yaşamağa imkan verəcək təkamülün, yeni kəşflərin astanasındayıq.

Bu səviyyədə konqres təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ilk dəfə keçirilir. Oxşar əhəmiyyətli tədbirlərdən biri uzun illər ərzində ardıcıl olaraq ABŞ-ın Las-Veqas şəhərində keçirilir. O, ətrafına minlərlə insanı toplayır – bu sahədə çalışan mütəxəssisləri, bu sənayenin istehlakçılarını bir araya gətirir. Qeyd edək ki, konqresin işi çərçivəsində peşəkarlığın artırılması istiqamətində yeni biliklər əldə etmək, həmçinin, müxtəlif şirkətlər tərəfindən təklif edilən yenilikləri sınaqdan keçirmək mümkündür”.

Həcər Cəfərova isə əlavə edib ki, konqresdə iştirak etmək üçün beynəlxalq tədbirlərin spikerləri Azərbaycana gələcəklər.

“Bu, çox əlamətdar hadisədir. Ona görə ki, Azərbaycan uzunömürlülüyün saxlanması sahəsində dünyaya yeni təklif verə bilər. Ölkəmiz təkcə təbii sərvətləri ilə deyil, həm də unikal mətbəxi, adət-ənənələri, tibbi təcrübələri ilə zəngindir. Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə məşhurdur və bu fenomen dünyada ciddi şəkildə öyrənilir”.
H.Cəfərova konqresdə yerli nümayəndələrin də öz təcrübələrini bölüşəcəklərini diqqətə çatdırıb:

“Biz bununla həm də vətəndaşlarımızın və qonaqlarımızın həyat və sağlamlığının yaxşılaşdırılması üçün şərait yaradırıq. Artıq bu gün Sea Breeze Resort-un ərazisində Azərbaycanda ilk və yeganə Anti Age mərkəzi fəaliyyət göstərir. Biz komandamızın böyüməsi, xüsusən də həkimlərin cəlb olunması üçün yeni resurslar yaradırıq. Mütəmadi olaraq beynəlxalq mütəxəssisləri dəvət edir, təlimlər keçiririk, onların yüksək səviyyəli konfranslarda iştirakına şərait yaradırıq.
Və bu istiqamətdə növbəti layihəmiz “Caspi Mayr” sağlamlıq və uzunömürlülük mərkəzidir. Bu, tamamilə yeni kompleksdir, burada Azərbaycanda ilk dəfə olaraq Dr.Mayerin konsepsiyasına uyğun olaraq hazırlanmış patentləşdirilmiş Detox proqramından keçmək mümkün olacaq. Proqram bir çox beynəlxalq mükafatlara layiq görülüb və yaxşıların yaxşısı kimi tanınıb. Bu eyni zamanda bioloji yaşı azaltmaq üçün unikal uzunömürlülük proqramıdır.

O, Xəzər dənizinin sahilində yerləşir və dəniz havası bu müalicəvi texnikanın üstünlüklərini artırır. Artıq insanlarımız bu sağlamlıq kompleksinin infrastrukturundan istifadə etmək imkanı qazanacaq, ən əsası isə icmanın bir hissəsinə çevriləcək “Caspi Mayr” villalarını ala biləcəklər.

Konqres iştirakçılara nə qazandıracaq?

İlona Ansonenin fikrincə, konqres iştirakçıları burada çox şeydən faydalanacaqlar. “Tədbirdə iştirak edən spikerlərin hər birinin peşə fəaliyyəti istiqamətləri https://vivalavidacongress.comhttps://vivalavidacongress.com/https://vivalavidacongress.com/ saytında göstərilib. Onların tədqiqatları çox unikaldır.

Konqresdə iştirak etmək üçün dəvət etdiyimiz mütəxəssislər daha dar sahələr üzrə ekspertlərdir. Onlara bu sahədə baş verənlər barədə bilgilərini genişləndirməyi tövsiyə edirik. Bu, daha bacarıqlı və tələbkar olmağa kömək edir, ideal nəticə əldə etmək üçün təcrübələri artırmağa yardımçı olur.

Konqresdə iştirak həkimlərə, məşqçilərə, müxtəlif sahələr üzrə mütəxəssislərə öz müştərilərindən daha savadlı olmağa imkan verəcək. Unutmayaq ki, müştərilərimiz yeni əlçatan informasiya dünyasından istifadə etməkdə çox bacarıqlıdırlar. Ona görə də onların etibarını qorumaq çox vacibdir.
Axı əgər hər hansı mütəxəssis ətrafında baş verənlərdən baş çıxara bilmirsə, yekunda ona sadəcə etibar etməyəcəklər.

İnsan gözəlliyi və uzunömürlülüyünün vəhdəti varmı?

Həcər Cəfərova deyir ki, “15 ildən artıq estetika sahəsində çalışıb-öyrənməklə belə qənaətə gəldim ki, həqiqi insan gözəlliyi daxildən gəlməlidir. Təkcə xaricdən gözəl olmaq kifayət etmir. İnsan həm də həyat sevinci və enerji saçmaq, fiziki və mental cəhətdən sağlam olmaq haqqında düşünməlidir. Məsələn, mən artıq öz missiyamı müəyyən etmişəm – gözəl və xoşbəxt olmaq, özünü sevmək və qiymətləndirmək, xoşuna gələni etmək haqda ideya çatdırmaq. Sağlam olmaq bütün aspektlərdə sağlam düşünmək və hərəkət etmək deməkdir. Məhz buna görə daxili gözəllik onun xarici təzahüründən daha vacibdir. Özünü və sənə verilən həyatı qiymətləndirmək, yaxşılıq etmək və yardım göstərmək çox mühüm amillərdir. Bu isə yalnız sağlam həyat tərzi və təfəkkürlə mümkündür. Və bu sağlamlıq konsepsiyası tibbin bütün sahələrində öz əksini tapmalıdır”.

İlona Ansone: “Mənim təxminən 15 illik gözəllik və SPA sənayesi, meditasiya və mənəvi təcrübələrim, bədən terapiyası və psixo-emosional təsir metodikalarının köməkliyi ilə insanlar üzərində fəaliyyətim deyir ki, keyfiyyətli həyat və uzunömürlülük problemini yalnız hər hansı biri vasitəsilə həll etmək olmaz. Köməyə həm tibb, həm nutrisiologiya, həm gen terapiyası, həm də insan mövcudluğunun daha yaxşı səviyyəsinə çıxmaqla enerjini doldurmağa yönəldilmiş mənəvi təcrübələr gəlir. Özünüzə və başqalarına kompleks yanaşmaq vacibdir.

İnsanın vəziyyətindən asılı olaraq onun enerjisini doldurmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tibb, qidalanma, kök hüceyrələr, gen terapiyası və mənəvi təcrübələr çox vacibdir.
Həyatınızı sizi xoşbəxt edəcək amillərə həsr etmək mühüm şərtdir. Bu, uzunömürlülük istiqamətində birinci addımdır. İkinci addım isə orqanizmin fiziki ehtiyatlarının dəqiq diaqnostikasıdır.

Unutmayaq ki, bədən süstlüyünün, zəifliyinin və depressiyanın kökündə məhz fiziki tükənmə dayanır. Konqresdə xüsusən diaqnostika məsələlərinə böyük diqqət ayrılacaqdır.
Təəssüflə qeyd edim ki, insan orqanizminin dəqiq diaqnozuna münasibətdə dünya öncüllərinin arxalandığı seçimlər o qədər də geniş deyil. Test nəticələrimizi düzgün təyin edən çox az mütəxəssis var. Qurultayda bu mövzuya da xüsusi diqqət yetiriləcək”.

Məlumat üçün bildirək ki, 16-17 martda baş tutacaq konqresdə aşağıdakı şəxslər iştirak edə bilərlər:

– peşə ixtisaslaşmaları sağlamlıq və uzunömürlülük məsələlərinə aid olan ekspertlər;

– istehlakçılara həyat keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv həllər təklif edən şirkətlərin nümayəndələri;

– uzunömürlülük sorğularına laqeyd olmayanlar.

“Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək vacibdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!