Site icon Frame.az

We are Water” (“Biz suyuq”) fləşmobu keçirilib

8 Noyabr – Zəfər Günündə COP29 münasibətilə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və İsveçrənin ölkəmizdəki Səfirliyinin birgə təşkilatçılığı ilə fləşmob keçirilib. Abşeron Milli Parkında təşkil olunan “Sağlam Gələcək üçün Gənclər” (Y4HF) adlı fləşmobda Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNICEF-in “Gənc İqlim Elçiləri” proqramının iştirakçıları, ölkəmizin Olimpiya və dünya mükafatçıları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli, UNICEF-in Azərbaycan nümayəndəsi Saca Faruq Abdulla, Anqolanın gənclər və idman nazirinin ölkəmizdə səfərdə olan müavini Paulo Rodriqes da Silva, Beynəlxalq Su Katibliyinin layihə meneceri Noemiye Plumyer və su səfiri Marta Zaraqoza Navarro çıxış ediblər.

Sonra tədbir iştirakçıları Abşeron Milli Parkının “Şah dili” adlanan ərazisinədək yürüş ediblər. Tədbir “We are Water” (“Biz suyuq”) fləşmobu ilə başa çatıb.

 

Exit mobile version