EventsFrame LifeSosialTəqdimat

WoWoman inkişaf platformunun yaranmasının üç illiyi qeyd olunacaq

18 fevral saat 11:00-da Pullman Baku otelində WoWoman inkişaf platformunun yaranmasının üç illiyinə həsr olunmuş təntənəli tədbir baş tutacaq.

WoWoman – ən böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır. Qadınların fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədi ilə yaradılmış bu platform üç il ərzində 7000 iştirakçının qatıldığı 200-dən çox tədbir, 35 uzun müddətli proqram təşkil etmiş və 19000-dən çox müraciət almışdır.

400-dən çox qonaq qismində dəvət olunmuş dövlət və korporativ sektor, diplomatik missiya nümayəndələri, həmçinin mədəniyyət, incəsənət və elm xadimləri, KİV nümayəndələrinə 3 ilin hesabatı və 2018-ci il üçün olan planlar təqdim olunacaq, eyni zamanda ən yaxşı tərəfdaş, təlimçi, layihə və komandanın seçildiyi illik Mükafatlandırma mərasimi (Awards ceremony) baş tutacaq.

“Bizi dəstəkləyən, bizə inanan və Azərbaycanda qadınlar üçün (kişilər üçündə) keyfiyyətli təhsil və məkanın yaradılması missiyamızda kömək göstərən bu möhtəşəm insanlara minnətdarlığımızı bildirəcəyik” deyə, platformanın təsisçisi Zara Hüseynova öz Facebook səhifəsində bildirmişdir.

Rəsmi dəvətnamələr bu həftə yollanılacaq.
https://www.facebook.com/events/114088782741214/
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!