“Xəzər” FK qış fasiləsində daha bir transferini reallaşdırıb.
Əldə olunmuş razılığa əsasən, qış fasiləsinə qədər Premyer Liqada “Kəpəz”in bütün oyunlarında meydana çıxmış Novruz Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Ölkə çempionatında 200-dən çox oyun keçirmiş Novruz Məmmədov Premyer Liqa karyerasına 2008-ci ildə “Muğan” klubunda başlayb, daha sonra isə “Bakı”, “Rəvan” və “Azal” klublarında oynayıb.
Frame.az