Sağlamlıq

Xərçəng xəstəliyinin əlamətləri

Xərçəng xəstəliyinin ilkin əlamətlərinə aşağıdakılar daxildir:

Əgər bir ay ərzində çox çəki itirilərsə, həkimə müraciət etmək məsləhət görülür.

Bədənin hər hansı bir nahiyəsi davamlı olaraq ağrıyarsa həkimə müraciət etmək lazımdır.

Öskürək 3-4 ay davam edərsə mütləq həkimə müraciət etmək lazımdır.

Döşlərdə dəyişkənlik baş verərsə. Qadınlarda menepoz dövrü istisna olmaqla, digər hallarda döşlərdə qızartı, dəridə qalınlaşma və ya döş uclarında dəyişikliklər baş verərsə, buna diqqət yetirmək lazımdır.

Davamlı olaraq menepoz dövrü keçirən qadınlarda ara vaxtlarda qanamalar baş verərsə, buna ciddi yanaşmaq lazımdır.

Dəridə baş verən qanaxmalar və ya dərinin daha həssas olması baş verərsə.

Bədənin şişməsi qadınlarda rast gəlinən bu cür hallar yumurtalıqda xərçəngin əmələ gəlməsini göstərir. Yumurtalıqda bu xəstəliyin yaranmasının digər simptomları isə qarın və çanaq ağrıları, çox yemək yeyilmədiyi təqdirdə belə doymaq hissi və böyrək ağrılarıdır.

Qidanın udulmasında yaranan çətinliklər,sidikdə qan.

Şiddətli qarın ağrısı və ruh düşkünlüyü: belə olduğu təqdirdə qadınların tez bir zamanda müayinə edilməsini tövsiyə edən həkimlər, ruh düşkünlüyünün mədəaltı vəzinin funksiyasının pozulması ilə əlaqədar olduğunu deyirlər.

Həzm problemi: qadınlarda hamiləlik dövrü istisna olmaqla, başqa vaxtlarda bu kimi hallara rast gəlinərsə, həkimə müraciət edilməlidir.

Ağız boşluğunda yaranan dəyişikliklər də bu xəstəliyin əlaməti ola bilər. Siqaret çəkən insanlarda ağız boşluğunda və dildə yaranan ağ ləkələr bu xəstəliyin simptomlarıdır.

Limfa vəzilərində dəyişiklik: qoltuq və ya boğazaltı limfa düyünlərində şişkinlik hiss olunarsa, diqqət olmaq lazımdır.

Davamlı olaraq qızdırma, limfa vəzilərində və qanda xərçəng xəstəliyinin yaranmasının göstəricisi ola bilər.

Bir çox xəstəliyin təzahürü olan yorğunluq xərçəngin də simptomlarından biridir. Yorğunluq, xüsusilə mədə, bağırsaq və qanda xərçəngin yaranmasının əlamətidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!