18 sentyabr 2021-ci il tarixində “ASAN xidmət”in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Coca-Cola” şirkətinin, “ASAN Könüllüləri” Təşkilatının və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib.
Tədbirin tərəfdaşları qismində Bakcell, PAŞA Bank, “Carlsberg Azerbaijan”, “AzEcol”, şirkətləri yer alıb.
Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson, “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaceslav Maltsev, “Yaşıl ASAN” proqramının rəhbəri Səkinə Həsənova, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər sponsor, tərəfdaş və dəstəkçi qurumların nümayəndələri iştirak edib.
Artıq 10 ildir keçirilən analoji aksiyalarda bu il 1000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər təmizlənib.
Qeyd edək ki, aksiya zamanı 25 hektar ərazidən 6,5 ton tullantı toplanıb.
Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi