Park Cinema üçün xüsusi gün: “Xaç atası” böyük ekranlara qayıdır

Azərbaycan tamaşaçısı “Xaç atası”nı yenidən böyük ekranlarda görə biləcək. Frensis Ford Koppolanın möhtəşəm trilogiyasının 50 illiyi şərəfinə Paramount Pictures pərəstişkarlarına Vito və Maykl Korleonenin hekayəsini yenidən hədiyyə etməyə qərara gəlib. Filmin züsusi versiyası Koppolanın rəhbərliyi altında hazırlanıb.

Xaç atası beş gün – fevralın 24-dən 28-dək – Park Cinema-nın repertuarında olacaq. Film, Park Cinema Flame Towers, Park Cinema Park Bulvarvə Park Cinema Zaqulba Mall-da nümayiş olunacaq.

Xaç atası “Oskar”, “Qızıl Qlobus”, “Qremmi”, BAFTA daxil olmaqla 19 müxtəlif film mükafatının qalibidir, film bütün zamanların ən yaxşı Amerika filmləri siyahısında 2-ci yeri tutur, 1990-cı ildə Milli Film Reyestrinə daxil edilmişdir.

“Əlbəttə, bu, Park Cinema üçün ən vacib günlərdən biridir. Dünyanın hər yerindən milyonlarla tamaşaçı toplayan və filmin nümayişindən sonra doğulanlar da daxil olmaqla, bir kült filminə çevirilən Frensis Ford Koppolanın bu möhtəşəm işi yenə böyük ekrandadır. Təbii ki, biz özümüzə sadiq qalırıq və fevralın 24-ü “Park Cinema Flame Towers” da saat 20:00-da keçiriləcək filmin xüsusi nümayişi üçün tamaşaçıları gözləyirik. Əminəm ki, “Xaç atası” filminin əsl pərəstişkarları razı qalacaq”, – deyə Park Cinema şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirib.

Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!