Cari ilin 18 mart tarixində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir keçıriləcək.
“Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək həmçinin Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələri haqqında məlumat verməkdir.
Məlumat üçün bildirək ki, “Ailə günü” adlı tədbir mart ayının 26-dək, saat 11:00- dan 19:00- dək davam edəcək.
Tədbirdə “öz xalçanı yarat” kompüter proqramı, xalça pazlını yığ, bahar qızının iştirakı ilə əyləncəli viktorina, “səməni saxla məni” – Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Respublika Yaradıcılıq Mərkəzi”nin üzvləri, “Xalçalarda Novruz adət və ənənələrimizi simvol edən elementlər” mövzusunda tematik ekskursiya (Azərbaycan, ingilis və rus dillərində) , “Şəkərbura”nı naxışla, “Novruz yumurtasını boya” , ələ xına bəzəyinin çəkilməsi, dekorativ əl işləri hazırla – burada iştirakçılar “bahar qızı” yumşaq oyuncağını düzəldəcək, “Bahar çələngi” Sehrli açıqca hazırla və “Arzu ağacı” – özün rənglə − müsabiqə zamanı ən maraqlı rənglənən buta və ən fərqli arzunun sahibi növbəti ”Ailə günü” proqramına pulsuz bilet qazanacaq.
Bundan əlavə “İstedad sənsən” − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqə, Gülzadə Abdulovanın iştirakı ilə “Bir eksponatın tarixi” layihəsində “Şəbkülah” mövzusunda seminar, Nağıl saatı − uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət və Azərbaycan cizgi filmlərini izləmək imkanı qazanacaqlar.
Həmçinin Məşhur memar Elçin Əliyevlə görüş – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. İştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkəcək və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılacaq. Frame.az