Site icon Frame.az

Xalça Muzeyində “Ailə günü” adlı tədbir uğurla davam edir

Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunub.

“Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Tədbir çərçivəsində iştirakçılara “İstedad sənsən” − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqə, öz xalçanı yarat (kompüter proqramı), Xalça pazlını yığ, öyrən və əylən, Mini ekskursiyalar − geyim və tikmə, xalça məmulatları, saxsı və mis qablar mövzularında (azərbaycan, ingilis və rus dillərində) tematik ekskursiyalar, Uşaq Teatrı üzvlərinin ifasında musiqili kompozisiya,Nağıl saatı − uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, Kukla teatrı − “Cırtdanın nağılı” adlı tamaşa, Azərbaycan cizgi filmlərini izlə, Özün rənglə – Rəngli kağızlardan oyuncaqlar düzəlt, Dekorativ əl işləri hazırla – burada iştirakçılara telefon koburalarını, pul kisələrini və digər aksesuarları hazırlanması, çay daşları üzərində rəsm çək, Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırla həmçinin Uşaq muzeyi şöbəsinin əməkdaşlarının köməyi ilə Dekorativ bəzək əşyaları hazırla – burada qonaqlar qolbağlar, çələnglər, breloklar və boşqab üzərində rəsm çəkmək və digər biri –birindən maraqlı proqramlar təqdim olunub.
HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması mövzusunada toxunulub.
“Ailə günü” adlı tədbir çərçivəsində məhşur memar Elçin Əliyevlə də görüş təşkil olunub. Görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışıb. Həmçinin iştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkib və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəlliflərinə mükafatlar təqdim olunub.
Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi

Frame.az

Exit mobile version