EventsMədəniyyətOxu zalıTeatrTəqdimat

Xalq artisti Cəfər Namiq Kamalın 70 illik yubileyinə həsr olunan kitab çap olunub

Teatrşünas və dramaturq Çingiz Ələsgərlinin Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitabı çap olunub. Kitabda Xalq artisti Cəfər Namiq Kamalın Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrlarının hər birində əsrin dörddə biri qədər davam etmiş maraqlı və zəngin yaradıcılığı ətraflı şəkildə araşdırılıb.
Kitabda maraqlı başlıqlar altında aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübləri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş rezenziyalardan parçalar, fotolar və xatirələr toplanıb.
Kitabın sonunda “Cəfər Namiq haqqında deyilənlər” bölümündə sənətkarın qardaşı, “Şöhrət” ordenli, Xalq artisti, professor İlham Namiq Kamalın, Xalq yazıçısı, dramaturq Elçinin, Xalq artisti, rejissor Ramiz Həsənoğlunun, Xalq artisti Bəsti Cəfərovanın, ssenarist, rejissor Şərif Qurbanəliyevin, ssenarist, dramaturq Əhməd Orucoğlunun aktyor haqqında fikir və arzuları yer alıb.
Nəşrin redaktoru ssenarist və dramaturq Əhməd Orucoğlu, naşiri Akif Dənzizadədir.
Çingiz Ələsgərlinin “Tale yazısı” kitabının təqdimat mərasimi 17 yanvar 2022- ci il saat 12-00-da Bakı Kitab Mərkəzində (Üzeyir Hacıbəyov-14) keçiriləcəkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!