CinemaTəqdimat

Xalq artisti Kəmalə Müzəffər yeni “Qara Yazı” adlı ekran işi ilə səhnəyə qayıdır

Xalq artisti Kəmalə Müzəffər “Vicdan haqqı” və “Ögey ana” seriallarından sonra yeni “Qara Yazı” adlı ekran işi ilə səhnəyə qayıdır.

Frame.az xəbər verir ki, “Mediamaster”in ərsəyə gətirdiyi “Qara yazı” serialında Kəmalə Müzəffər məhbus “Gülsüm” obrazına həyat verəcək.

Ötən gün çəkiliş meydançasında olduq və Kəmalə xanımla set arası səmimi söhbətimiz baş tutdu.

Xanımın söylədiyinə görə bu rol Azərbaycan serialında bir ilkdir. “Gülsüm” həyatın acılarını yaşamış, həbsxanaya düşmüş və ömrünün ən gözəl illərini həbsxana divarları arasında keçirmiş bir qadındır. Həbsxanadan çıxdıqdan sonra artıq o əvvəlki “Gülsüm” olmayacaq. İntiqam hissi ilə alışıb yanan “Gülsüm” özünü unudub həyatla mübarizə aparacaq.

Serialda əməkdar artist İlqar Cahangir də rol alıb. Onun obrazı və “Gülsüm”-ün taleləri bir-birinə bənzəyir. Hər ikisi həbsxana həyatı yaşamış və intiqam hissi ilə gerçək həyata geri dönmüşlər.

Bundan başqa serialda aktyorlar Tural Əhməd, Günel İmanova, Elgün Həmidov və başqaları da çəkilir.

Serial həftəiçi 5 gün yayımlanacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!