EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Xalq artisti Munis Şərifovun 60 illik yubileyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli kamança ustası, Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş gecə keçirilib.

Frame.az xəbər verir ki, mərasimdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Gecədə dünyanın bir çox ölkəsindən tanınmış mədəniyyət xadimlərinin yubilyarın ünvanına səsləndirdikləri videotəbriklər təqdim edilib.

Tədbirdə çıxış edənlər yubilyarı təbrik edərək, tanınmış kamança ustası Munis Şərifovun milli musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən söhbət açıblar.

Daha sonra BMM-nin solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin və bir sıra mədəniyyət xadimlərinin çıxışları təqdim olunub.

Qeyd edək ki, Xalq artisti Munis Şərifov həm də dünyada yeganə çəqanə ifaçısıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!