Events

Xocalı Video Art təqdim olunacaq

Fevralın 26-da YARAT Müasir İncəsənət Mərkəzində, 26 il əvvəl baş verən və bütün insanların yaddaşına dərin iz buraxmış faciəli hadisələri birlikdə xatırlayacayıq. Dünya ictimaiyyəti arasında Xocalı faciəsi haqqında informasiyanın yayılması məqsədi ilə nəzərdə tutulmuş “Xocalı” video-artın ideya müəllifi Natiq Muxtarovdur və “Media Atelier” tərəfindən yaradılıb.
Çəkilişlərdə Azərbaycanın tanınmış aktyorları, eləcə də Azərbaycan Bədii Gimnastika üzrə yığma komandasının üzvləri iştirak ediblər. Video özündə qrafik illüziya, aktyorların iştirakı ilə xüsusi çəkilmiş görüntülər, arxiv kadrlar, musiqi və poeziyanı birləşdirir.

26 fevral, saat 19:00
Giriş sərbəstdir

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!