Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisinə məişət tullantılarının atılaraq qalaqlanması barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, ərazi xidmətin əməkdaşlarının nəzarəti altında Daşkəsən rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə aidiyyəti qurumlara məcburi göstəriş verilib.