CinemaEventsTəqdimat

Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidinə həsr olunmuş film nümayiş olunacaq

22 dekabrdan bütün Park Cinema kinoteatrlarında “Sədaqətim Şərəfimdir!” sənədli filmi nümayiş olunacaq. 

“Sədaqətim  Şərəfimdir!” sənədli televiziya filmi Azərbaycan  Xüsusi  Təyinatlı Qüvvələrinin  ilk şəhidi,  kapitan Fikrət Akif oğlu Məmmədovun ölməz  xatirəsinə  həsr olunub. Sənədli  filmdə şəhid  Fikrət  Məmmədovun  həyat yolu,  mükəmməl  hərbi  təhsil alması, şərəfli  zabit  ömrü,  vətən  uğrunda  şəhidlik zirvəsini fəth etməsi  ssenariləşdirilib. Filmin  ssenari müəllifi  və quruluşçu rejissoru Kəmalə  Abdinovadır. Sənədli  filmdə  şəhidin  orta məktəbdə  təhsil  aldığı  dövrdə ona  dərs deyən  müəllimi,  döyüş  yoldaşları, Vətən Müharibəsi Qəhrəmanları-Gündüz Səfərli, Saleh Həsənov və ailəsi, övladları  iştirak edib. 

“Sədaqətim  Şərəfimdir!” sənədli  televiziya filminin prodüseri Toğrul Abdullayevdir. 

 Qeyd edək ki, filmin nümayişindən əldə olunan gəlir “YAŞAT” fonduna ianə olunacaq. Həmçinin vətən muharibəsi iştirakçıları və qazilərə giriş ödənişsizdir.

Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə və ya Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall, Zagulba Mall kassalarına yaxınlaşa bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!