XVII Bakı Beynəlxalq Caz Festivalı yekunlaşıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalına  qala-konsert proqramı ilə yekun vurulub.

Konsertdə çıxış edən israilli musiqiçi Yoqef Şetrit Azərbaycanın İsraildə səfirliyinin açılışından və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsindən danışıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.

Noyabrın 15-dən 20-dək keçirilən festivalda yenilənmiş proqramda tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları yer almışdı.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: