CinemaEventsTəqdimat

Yalnız CinemaPlus-da 4DX texnologiyası ilə “Avatar” filmini hiss et

“Dəniz Mall” ticarət mərkəzində yerləşən və ölkənin ən böyük kinoteatrı olan “CinemaPlus”da 2009-cu ilin Amerika elmi-fantastik “Avatar” filmi, ən son 4DX texnologiyası ilə nümayiş olunacaq.

Filmin ssenarist və rejissoru Ceyms Kemerondur. Baş rollarda isə Sem Uortinqton, Zoe Saldana və Siqurni Uiver iştirak edir.

Film haqqında qısaca: Keçmiş dəniz piyadası Jake Sully əlil arabasındadır. Zəif bədəninə baxmayaraq, Ceyk qəlbində hələ də döyüşçüdür. Ona Pandora planetinə, yer kürəsinin bazasına, bir neçə işıq ili müddətinə səyahət etmək tapşırığı verilir. Orada korporasiyalar Yerin enerji böhranından çıxması üçün böyük əhəmiyyət kəsb edən nadir mineralı hasil edirlər.

“Avatar” kino tarixində 2 milyard dollarlıq rekordu qıran ilk film idi. Film 9 kateqoriya üzrə Oskar mükafatına namizəd olub.

“Avatar”ın yaradılması 1990-cı illərin ortalarında, Ceyms Cemeron filmin skriptinin 80 səhifəlik bir konsepsiyasını yazanda başladı. 1997-ci ildə filmin çəkilişləri başlamalı və 1999-cu ildə təqdim olunmalı idi, lakin Cemeronun sözlərinə görə, həmin dövrdə filmi canlandırmaq üçün lazımi texnologiyalar mövcüd deyildi.

Film 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Zaqafqaziya ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.

4DX texnologiyası hərəkət, fırlanma və kreslo titrəyişləri, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə,2 kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.

Hər bir 4DX zalı video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.

Qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Avatar” filminin ikinci hissəsi 15 dekabr 2022-ci ildən etibarən nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

http://https://www.youtube.com/watch?v=4HFlPcX2HFo

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!