CinemaEventsTəqdimatƏyləncə

Yalnız CinemaPlus-da 4DX texnologiyası ilə özünüzü “Qara Pantera: Vakanda Əbədi” filminin qəhrəmanı kimi hiss edin

“CinemaPlus” kinoteatrlar şəbəkəsi, noyabrın 10-dan etibarən Marvel Studiyası tərəfindən istehsal olunmuş Amerika superqəhrəman filmi – “Qara Pantera: Vakanda Əbədi” filminin nümayişinə başlayır.

Filmin rejissor və ssenari müəlifi Rayan Kuqlerdi.

Baş rollarda Letişia Rayt, Martin Friman və Tenoç Uerta.

“Black Panther: Vakanda Əbədi”, gizli şəkildə inanılmaz inkişaf etmiş və təcrid olunmuş Afrika xalqı-Vakandanın həyatından bəhs edən ikinci Marvel Komiks filmidir. Çoxlu sınaq və itkilərdən sonra onlar yeni təhlükə ilə üzləşirlər. Film “Qisasçılar: Final” hadisələrindən dərhal sonra, superqəhrəmanlar qrupu dünyanı Tanosdan xilas edərkən baş verir.

Bu dəfə əsas antaqonist rolunda,Dəmirürək adlı qəhrəmana görə,Vakanda ilə döyüşəcək atlant-Nemor olacaq. Dəmirürək, Toni Stark və onun Dəmir adam obrazının yerini tutacaq. T’Çallının bacısı Şuri, ölkəsini atlantlardan qorumaq üçün Qara Pantera rolunu alacaq. Bu filmdə ilk dəfə Dominic Tornun canlandırdığı Riri Uilliams obrazı ortaya çıxacaq.

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin,” Qara Pantera: Vakanda Əbədi” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən CinemaPlus-da baxmaq olar.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

https://www.youtube.com/watch?v=RlOB3UALvrQ

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!