Site icon Frame.az

Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə xizək fristaylının “mogul” növü üzrə ustad dərs keçirilib.

Federasiyadan verilən məlumata görə, təlimin məqsədi Azərbaycanda qış idman növlərini təşviq etmək, xizək fristaylının “mogul” növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

“Şahdağ” Turizm Mərkəzində keçirilən təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Tədbirdə qonaq qismində Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.

 

Exit mobile version